Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları daha 6 ay uzatdı

Belçikanın paytaxtı Brüsseldə baş tutan Avropa Birliyi (AB) Liderlər sammitində Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılması haqda qərar qəbul edilib.

Avropa Şurasının sədri Donald Tusk Brüsseldə təşkil edilən sammitdə AB liderlərinin Krım və Şərq Ukraynanı işğal edən Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadılması haqda razılığa gəldiklərini açıqlayıb.

Tusk razılaşma haqda rəsmi Twitter hesabında məlumat yayıb: “Razılaşma əldə etdik. AB Minsk müqaviləsinə əməl etmədiyinə görə  Rusiyaya qarşı iqtisadi sanksiyaları daha 6 ay uzatdı”.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

Tale Bağırzadəyə məhbəsdən ad günü təbriki

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: