I YAZI
Xaçmaz rayonu, Xudat şəhərində keçirilən tenderlərin əsas qalibi olan kommersiya qurumu kimə məxsusdur?
Hakimiyyət orqanlarında müsabiqə yolu ilə keçirilən satınalma, tender və kotirovkalarda hansı müəmmalı “oyunların” baş verdiyi barədə zaman-zaman informasiyalar yayılıb.
24saat.org saytının apardığı araşdırmalar zamanı məlum olub ki, belə şübhəli satınalmaların tüğyan etdiyi yerlərdən biri də Xaçmaz rayonudur.
Beləki, Xaçmaz rayonu icra hakimiyyəti təkcə Xudat şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin vasitəsilə 2011-2015-ci illərdə 35 müsabiqə yolu ilə satınalmalar həyata keçirib. Ümumi dəyəri 940 928 manat olan bu satınalmalarda 13 Məhdud Məsuliyyətli Cəmiyyət, 2 nəfər isə fiziki şəxs qalib olub.
Hələlik,heç bir şərh vermədən apardığımız araşdırmaların nəticəsini silsilə yazılarla sizin diqqətinizə çatdıracayıq.
Araşdırmamız zamanı məlum olub ki, 2011-2015-ci illərdə, Xudat icra nümayəndəliyi tərəfindən həyata keçirilən satınalmaların əsas qalibi, yəni həm sayca, həm də udduğu müsabiqənin dəyərinə görə, birinci yerdə “Tural-2009” MMC gəlir.
Beləki, bu şirkət 2011-ci ildə :
– olmaqla 9 dəfəyə 115 590 manatlıq satınalmalarda qalib olub.
2012-ci ildə isə “Tural MMC”:
olmaqla, 3 dəfə qalib olub.
2013-cü ildə isə adıçəkilən kommersiya qurumu :
olmaqla, cəmisi 4 dəfə qalib olub.
Göründüyü kimi, Xudat şəhər İcra nümayəndəliyi tərəfindən elan olunan müsabiqələrdə müxtəlif işlər və xidmətlərin satınalınmasında qalib olan “Tural-2009” MMC ümumilikdə 16 dəfə , 245 890 manatlıq “əməliyyatlar” həyata keçirib.
Apardığımız araşdırmalar zamanı məlum olur ki, “Tural-2009” MMC (VÖEN 7700569131) 2009-cu ilin yanvar ayının 13-də dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində qurumun hüquqi ünvanı, Xaçmaz rayonu, Xudat şəhəri, Şəhriyar küçəsi, ev 53, qanuni nümayəndəsi isə Şıxmuradova Nailə Məclum qızı göstərilib.
Maraqlıdır ki, Mərkəzi Seçki Komissiyasının rəsmi saytından əldə etdiyimiz məlumatda göstərilir ki, Xudat şəhəri, Şəhriyar küçəsi ev 53-də 3 nəfər qeydiyyatdadır ki, bu şəxslər də:
1957-ci il təvəllüdlü Hacızadə Murad Abdulhey oğlu,
1963-cü il təvəllüdlü Hacızadə Nəzakət Ağamurad qızı və
1988-ci il təvəllüdlü Hacızadə Tural Murad oğludur.
Onu da qeyd edək ki, Murad Hacızadə uzun illər Xudat Şəhər İcra nümayəndəsi vəzifəsində çalışıb, indi isə Xaçmaz rayonu, Alekseyevka kənd icra nümayəndəsidir.
Məsələnin digər maraqlı tərəfi odur ki, “Tural-2009” MMC-nin qanuni təmsilçisi kimi qeyd olunan Nailə Şıxmuradova da Xudat icra nümayəndəliyində işləyir və xalq arasında “Bahar xanım” kimi tanınır.
Əldə etdiyimiz sənədlərdən məlum olur ki, Nailə Şıxmuradova bu satınalmalarda həm də fiziki şəxs kimi iştirak edib və 2014-cü ildə:
“idarənin digər xərcləri maddəsi üzrə satınalmalar üçün” – 5 390 manat,
“abadlıq işlərinin satın alınması üçün” – 44 100 manat,
“inventarların satın alınması üçün” – 6370 manat,
“mənzil fondunun əsaslı təmir işlərinin satın alınması üçün” – 44 100 manat olmaqla 4 dəfə, toplam 99 960 manatlıq müsabiqələrin qalibi olub.
Nailə Şıxmuradova isə Heydər Əliyev küçəsi, ev 29b ünvanında daimi qeydiyyatdadır.
Maraqlıdır ki, adıçəkilən işlərə bu qədər pulların xərcləndiyi göstərilsə də, Xudat əhalisi arasında apardığımız araşdırmalar zamanı məlum oldu ki, ümumiyyətlə son 15 ildə Xudatda heç bir əsaslı təmir və ya hansısa abalıq işlərinin olmasını xatırlamırlar. Əksinə Xudat şəhərinin dağılmış küçələri, zibilxanaya çevrilmiş məhəllələr bu yaşayış yerinin hamı tərəfindən unudulduğunu deməyə əsas verir.
Ardı var
24saat.org
Bir cavab yazın