Mehman Qələndərovun qanını beləcə batırmaq istəyirlər. Bu da ailə hakimiyyətinin siyasi məhbus həyatına verdiyi qiymət: Mehman Qələndərovun ölümünə görə təcridxananın nəzarətçisi və tərbiyə işinin təşkili şöbəsinin dəstə rəisi (ən kiçik vəzifəli şəxslər) işdən çıxarılıb. İstəyirlər ki, bununla da siyasi məhbusun ölüm işini batırsınlar. Millət olaraq hər bir övladımıza sahib çıxmağı bacarmalıyıq. Mehmanın qanının batırılmasına imkan verməmək hamımızın işidir. Unutmayaq ki, Mehmanın ölümünün ört-basdır edilməsinə imkan verməməklə biz həm də hazırda girov olan siyasi məhbuslarımızın həyatını qorumağa kömәk etmiş olarıq.
Oxunub: 704