İlham Hüseyn
Hər gün ard-arda cəbhəçilərin işdən çxarılması xəbərini eşidirik. Artıq cəbhəçilərin işdən çıxarılması xəbəri intihar xəbəri kimi, qiymət artımı xəbəri kimi, korrupsiya xəbəri kimi adiləşib.
Əlbəttə, cəbhəçilər üçün qeyri-adi heç nə yoxdur. Cəbhəçilik məhrumiyət dağına dırmaşmaqdır, cəbhəçilik çətinliklərlə güləşməkdir, cəbhəçilik qorxuya qalib gəlməkdir və.s
Amma baş verənlərdə cəmiyyət üçün ciddi bir mesaj var. Daha doğrusu cəbəhçilərin kütləvi şəkildə işdən çıxarılması milyonlarla insan üçün siqnal olmalıdır.
Hamı düşünməlidir ki, eyni vaxtda bu qədər cəbhəçi niyə işdən çıxarılır. Müəllim cəbhəçi, fəhlə cəbhəçi, satıcı cəbhəçi, mühəndis cəbhəçi, usta cəbhəçi işdə hansı nöqsana yol verib?
Ümumiyətlə, bu ölkədə işsiz cəbhəçi yoxdur. Cəbhəçilər fədakarlıq işiylə, mübrizə işiylə, iradə işiylə məşğul olurlar. Cəbhəçilər obyekt işlətmirlər, vicdan işlədirlər.
Bəzən cəbəhçilərə “siz dəlisiniz”, “siz xəstəsiniz” deyirlər. Çünki, bu qədər əzab-əziyyətin, təhlükənin altına ağıllı adamın girə bilməyəcəyini düşünürlər. Bəlkə də cəbhəçilik həqiqətən də xəstəlikdir. Cəbhəçilər ləyaqət xəstəliyi, vətən sevgisi xəstəliyi, ədalət xəstəliyi, azadlıq xəstəliyi daşıyırlar. Hökumət də xalqı bu xəstəlikdən qorumaq istəyir. İstəyirlər ki, cəbhəçilər başqalarını fədakarlığa, iradəyə, cəsarətə yoluxdurmasınlar.
Cəbhəçilər “el üçün ağlayanın gözü kor olar”deyiminin təsiri altına düşmədilər, “el gücü, sel gücü”, “el bir olsa dağ oynadar yerindən” həqiqətinə inanaraq yola çıxdılar. Əlbəttə, bu yola çıxanların, işdən çıxrılması təbiidir.
Amma hökumətin bu “xəsətlik”lə mübarizəsində yekə bir etirafı var. Əslində, ölkəboyu cəbhəçilərin hədəf seçilməsi, cəbhəçiliyin dəyərini artırır. Xalqa əsas ünvanı göstərir və xilas ocağını tanıdır.
Cəmiyyət anlamalıdır ki, AXCP təkcə partiya deyil, əzilən, haqqı tapdanan, zülmə düçar olan üçün “təcili yardım maşını” dır. Gözünün kor olacağını bilə-bilə xalq üçün ağlayanların yanında olmaq lazımdır. Bu ölkəni cəbhəçilik xəstəliyi sağaladacaq.
Oxunub: 274