Malta müxalifəti baş nazir Jozef Muskatın Avropa Parlamenti Pana Komitəsində cavab verməli olduğunu bəyan edib. Milliyyətçi Partiya mayın 9-da bildirib ki, baş nazirin ona qarşı korrupsiya ittihamları ilə bağlı Pana Komitəsində ifadə vermədikcə Maltanın nüfuz və etibarına zərbə vurmuş olur.
Avropa Parlamentinin Pana Komitəsi ofşorlarla bağlı “Panama sənədləri”ndəki iddiaları araşdırır.
Muskat isə bildirib ki, “Eqrant Panama” şitkәtinin mülkiyyәti mәsәlәsindә özünә vә xanımına qarşı yönәlәn ittihamların təhqiqatı başa çatmayanadək Pana Komitəsinə ifadə verməyəcək.
Milliyәtçi Partiya baş nazirin bu imtinasını doğru saymır. Partiyaya görə, Muskata qarşı ittihamlar o qədər ciddidir ki, onları vecə almamaq olmaz.
Bu arada Pana Komitәsi Muskatın administrasiya rəhbəri Keyt Şembrini tәkrar ifadә verməyə çağırıb.
Aqil
Oxunub: 368