“Azadliq” qəzetinin yazarı, “Azərbaycan saatı” proqramının əməkdaşı Natiq Ədilovun fəaliyyətinə görə həbs olunmuş vicdan məhbusu Murad Ədilov aclıq aksiyası keçirdiyinə görə cərimə kamerasına – “karser”ə salınıb. Bu haqda azadliq.info-ya Natiq Ədilov bildirib.
N.Ədilovun sözlərinə görə, qardaşı, vicdan məhbusu Murad Ədilov sentyabrın 7-dən aclıq aksiyası elan edib. O, aksiyası barədə həmin gün evlə telefonla danışanda məlumat verib. Murad bu addımın məhkəmələrin siyasi sifarişlə ona qarşı qərar və hökmlər verməsinə etiraz olaraq atıb. O, 6 il azadlıqdan məhrum edilib. Heç bir hüquqi əsas olmadan hakimiyyətin şəri əsasında məhkəmə bu tədbiri onun barəsində seçib. Məqsəd bu yolla onun tənqidçi jurnalist, ictmai-siyasi fəaliyyəti ilə məşğul olan qardaşın susdurmaq, ümumən cəmiyyətdə qorxu mühüti yaratmaq, AXCP-ə simpatiya bəsləyənlərinin seçiminə əngəl törətmək, həmin şəxsləri ehtiyatlı mövqe tutmağa hesablanıb. Bütün bunlar hamısı qanunsuzluq, özbaşınalığın və vicdansızlığın əlamətidir. Buna görədir ki, ilk gündən Muradın siyasi məhbus olması heç bir vicdanlı şəxsdə şübhə doğurmamış, daha sonra elə bunları əsas tutan beynəlxalq “Amnesty İnternational” təşkilatı onu “vicdan məhbusu” kimi tanımışdır.
Qardaşı bildirib ki, aclıq aksiyasına qərar vermək Muradın öz təşəbbüsü ilə baş tutub. Görünür ki, o vəziyyətin dözülməzliyinə daha adekvat forma tapmayıb: “Şəxsən mən bu yolu məqbul bilmirəm, yanında olsan, yaxud əlaqəm olsa ilk andan onu dayandırardım. Təəssüf ki, avtoritar rejim müstəqil vəkillərə də divan tutub və bu repressiyalar Muradı müdafiə edənlərdən də yan keçməyib;onun 3 vəkili- Alayif Hasanov, Yalçın İmanov, Fəxrəddin Mehdiyev siyasi sifarişlə peşəkar fəaliyyətlərindən məhrum edilərək “vəkillər kollegiyası”ndan uzaqlaşdırılmışdır. Bu fakt isə cəmiyyətin sağlam təməllərinə zərbə olmaqla yanaşı konkret halda qardaşımın səmərəli hüquqi müdafiə işini pozmuşdur, beləliklə Muradın hüquqları növbəti dəfə siyasi rejimin qaba rəftarı ilə üzləşmişdir. Vəkillərinin yoxluğu, siyasi işə qoşulmaq istəyən müstəqil vəkillərin cəsarətsizliyi bizi çıxılmaz vəziyyətdə qoyur, xüsusən belə ekstrimal hallarda. Budur, adam 4 gündür aclıq elan edib, lakin, biz onun necə olduğun bilmirik. Çox təəssüf ki, Murad aclığa qərar verərkən daha bir radikal qərarı qəbul edib. Bildirib ki, aclıq müddətində telefonla danışmaq hüququndan da imtina edəcək (məhbuslar dörd gündən bir yaxınları ilə telefonla danışa bilir). Yaranmış bu çətin situasiyada əlaqədar dövlət orqanları cəmiyyəti və bizi lazımı informasiya ilə vaxtaşırı təmin etməlidilər. Etmirlər və sanki onlar gərginliyin daha da artmasında maraqlıdılar. İndilərdə mənə bir jurnalist bildirdi ki, Penitensiar xidmət Muradın aclıq etmədiyin deyib. İnana bilərikmi? Çətin, təki belə olsun. Amma belədirsə, bunun məqbul yolu var, rəsmi informasiya yayılmalıdır, yaxud ən asanı: adama imkan yaradın yaxınları ilə 1 dəqiqəlik telefonla danışsın. Nə qədər bu baş verməyib bizim inanmağımız üçün əsas yoxdur”.
Vicdan məhbusu, qardaşım Murad Adilovun "kars"a salınmasına dair bir neçə kəlmə sözüm
Publicerat av Natiq Adilov Måndag 10 september 2018