Əbil Həsənov
Nə müsibət, bu nə dəhşət?
Bütün hər yerdə faləkət!
Edirəm bir şeyə heyrət
Ki, dözür gör necə millət.
Nə qədər çəksədə ahı,
Yıxılıb dursa da gahı
Edərək haqqa pənahı
Gələcək nurlu sabahı
Nəzərindən yenə silmir,
Gələcəkmi? Hələ bilmir.
Gözü yollardadı gəlmir
Əyilən qəddi dikəlmir,
Və düzəlmir ki, düzəlmir.
Çoxalır əskik-əyərlər
Yazılır milli əsərlər
Sıranır xalqa zəfərlər
Dolaşan başqa xəbərlər
Hələ bundanda betərlər
Nə qədər olsa da ağır
Alışır aclığa fağır.
Demirəm qarlı qış olsun
Sosial partlayış olsun
Kotan olsun ya xış olsun
Nə fərqi bir iş olsun
Azaciq anlayış olsun
Nə yalansın, talansın
Nə də odlarda qalansın,
Füqəra əhli dolansın .
Yetər artıq bu cəhalət
Oyan ey əhi- zalalət
Nə vəkillərdə vəkalət
Nə kəfillərdə kəfalət
Bütün ellərdə safalət
Olub əllərdə bir alət
Bu rəzalətdi, rəzalət
Bu xəbərlərdə gəzən nə?
Bu süzən nə,bu üzən nə?
Bu durum nə,bu düzən nə?
Əzilən xalqı əzən nə?
Gəlirəm mən də bu zənnə
Gərək üzməzdi məzənnə
Üzə bilmirmiş amandı
Boğulub batdı bu andır
Yenə gör bir nə zamandır
Manatın halı yamandır
Yarıya-yarı ziyandır
Elə kuskundur həyatdan
Elə incikdi fanatdan,
Çıxa bilmir bata-batdan
Heyif o şanlı manatdan
Yıxılıb tez düşdü atdan
Düşüb işbazlara fürsət
Yenə korrupsiya,rüşvət,
Yenə Zülmət dərə xəlvət
Bəy olub tülkü müxənnət
Çəkir hər ağrını millət
Bürüyüb aləmi qəflət
Bu nə ölkə,bu nə kənddi?