Azərbaycan diasporası Tehranın nəzarətinə keçirmi?

Moskvada azərbaycanlılar uğrunda İran qovğası başlayıb

Neçə ildir müzakirə mövzusu olan Rusiya Azerbaycan diasporunda vəziyyət düzəlmir ki, düzəlmir. Bu günlərdə hətta səfir Polad Bülbüloğlu da Rusiyadakı diaspor təşkilatlarından gileylənərək demişdi ki, O. hansı diaspor təşkilatlarının və liderlərinin hansı şübhəli çevrələrə bağlı olduqlarını bilir və bu barədə Azərbaycanın dövlət rəsmilərini məlumatlandırır.

Bir çoxları fikirləşirdilər ki, Azerrosun yaxınlaşan qurultayında konkret olaraq bu təşkilatla bağlı hər şey dəyişəcək, 3 milyonluq kütlənin içindən sağlam qüvvələr çıxacaq, diasporanın və Azərbaycanın maraqlarını Rusiya kimi nəhəng bir ölkədə təmin edəcək. Amma gözlənilən olmadı. 3 milyonun içindən 3 adam tapılmadı ki, Mehriban Sadıqova adlı xanımın ki, hamı onun şübhəli simpatiyalarından gileylənir, millətin canını qurtarsın. Bu dəfə, millətin təşkilatını öz təqdimat və müəyyən mənada gəlir qaynağına çevirmiş bu xanım, indi də diaspor aktivlərinə təzə torba tikdi. Əgər yazılanlara və gəzən söhbətlərə ciddi yanaşsaq, Mehriuban xanım Sadıqovanın bu təşkilatı da babat qiymətə sata bildiyinə inanmalıyıq. Bu söhbətlər, əlbəttə, ortalıqlarda gəzir, amma onu sübut etmək mümkün deyil, sadəcə əlamətlərə baxıb nəticə çıxarmaq olar.

Satan varsa, onu alan müştəri də var və azerrosçuların düşərgəsində adı hallanan bu müştəri kimdir bəs ? Deyilənə görə, Şamil Tağıyev adlı birisidir Mehriban Sadıqovanın varis planının mərkəzində dayanan şəxs!

Rusiya diasporuna yaxın olan və ya fəal olan bəzi şəxslər iddia edirlər ki, Şamil Tağıyev Rusiya azərbaycanlıları arasında İran təbliğatını aparan, İrana bağlı olan bir adamdır. Tez- tez İran və İraq səfirliyinin qonağı olan, İranın dini mərkəzlərinin emisarlarının arasında olan Şamil Tağıyevin Azərrosu ələ keçirməyə yönəlməsi, əslində İranın Rusiyadakı səfirliyindən idarə olunur, deyənlər var.

Əlbəttə, istənilən ictimai təşkilat özünə rəhbər və ya rəhbər qurumları seçməkdə külli- ixtiyar sahibidir, sadəcə olaraq uzun müddət ərzində seçki prosedurları kütləşdirilmiş, qapalı və lənətlənmiş hala salınmış mexanizmlərlə lider seçmək də qapalı və şübhəli dairələr üçün münbit zəmin yaradır.

Bu ehtimalları bizə göndərən mənbə dediklərini sübut etmək üçün cənab Şamil Tağıyevin İran təmayüllü icma formalaşdırmaq əzminin fotogörüntülərini də əlavə edib və onları da sizə təqdim edirik.

azerbaycansaati.tv