close
Siyasət

Araz Əliyev azadlığa buraxılıb

Yanvarın 17-də Nida Vətəndaş Hərəkatının fəalı və həmçinin III Respublika Platformasının qurucu heyətinin üzvü Araz Əliyev azadlığa çıxıb.

Toplum TV xəbər verir ki, Araz Əliyev 25 sutka inzibati həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb.

 

Saytların yığılması Saytlarin yigilmasi

O, dekabrın 23-də saxlanılmışdı.

Növbəti gün məhkəmə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə həbs qərarı çıxarmışdı.

Araz Əliyev açıqlamasında bildirib ki, tutulan vaxt fiziki zorakılığa məruz qalıb. Onun sözlərinə görə, III Respublika Platforması barəsində sorğu-sual edilib və ondan təşkilatın əleyhinə açıqlamalar vermək tələb olunub. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button