close
Siyasət

Hikmət Hacıyev Paşinyana cavab verib: “Yerli sakinləri girov kimi istismar etmək şantajdan başqa bir şey deyil”

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nikol Paşinyanın Qarabağa göndərilən yükün guya “həyati əhəmiyyət kəsb edən ərzaq malları” olmasına dair tvitinə cavab verib.

“Report”un məlumatına görə, Prezidentin köməkçisi qeyd edib ki, Brüsseldə razılaşdırılan Ağdam-Xankəndi yolu bütün növ yüklərin daşınması üçün tam hazırdır.

“Amma bu yoldan istifadəyə imkan verməmək, yerli sakinləri girov kimi istismar etmək, malların çatdırılmasını imitasiyasını aparmaq spekulyasiya, manipulyasiya və şantajdan başqa bir şey deyil”, – H.Hacıyev yazıb.

Mənbə:Report

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button