Şübhəli saxlanılıb, Bayden hadisədən məlumatlıdır
ABŞ-ın Corciya ştatında 14 yaşlı orta məktəb şagirdinin kampusda atışma zamanı 4 nəfəri öldürdüyü bildirilir. Hadisə zamanı 9 nəfər yaralanıb.
Ölənlərdən ikisi şagird, ikisi müəllimdir.
Prokurorluğun açıqlamasına görə, şübhəli saxlanılıb.
Daha öncə həbs olunan şübhəli dindirilmə mərhələsindədir. Xəstəxanaya yerləşdirilən doqquz nəfərin hamısının sağalması gözlənilir.
Ağ Evin bu barədəki bəyanatında deyilir ki, Prezident Co Bayden atışma ilə bağlı məlumatlandırılıb, məsələ ilə bağlı yerli qurumlarla əlaqədədir.
Son iyirmi ildə ABŞ məktəblərində və kolleclərdə yüzlərlə atışmanın baş verdiyi bildirilir. Ən ölümcül hadisə 2007-ci ildə Virginia Tech-də baş verib, hadisə 30-dan çox insanın ölümü ilə nəticələnib.