Rusiya – Azərbaycan münasibətlərinin gərgin olduğu bir vaxtda səbəb kimi irəli sürülən versiyalardan biri də “Zəngəzur dəhlizi”nin açılacağı və burada Rusiya nəzarətinin olmayacağı iddialarıdır.
Trump Adminstrasiyasının yeni planına görə, dəhliz vasitəsilə yük daşımalarına nəzarət və idarəetmə amerikalı şirkətə həvalə edilməlidir. Beləliklə, Rusiya prosesdən kənarlaşdırılır.
Konfliktoloqlar deyir ki, gərginliyin əsas səbəbi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına razılıq və Rusiyanın regiondan sıxışdırılıb çıxarılması planıdır.