close

ABŞ repressiyalara diplomatik üsulla münasibət göstərir

ABŞ. Foto: Meydan TV

Vedant Patel: “Biz diqqətimizi diplomatiyaya yönəltməyə davam edəcəyik”

ABŞ Azərbaycanda müxaliflərə qarşı repressiyalara münasibətdə diplomatik üsullardan istifadə edir.

İyulun 30-da Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel keçirdiyi brifinqdə bu barədə danışıb.

Məlumatı “Turan” yayıb.

Biz diqqətimizi diplomatiyaya yönəltməyə davam edəcəyik”,-deyən Vedant Patel əlavə edib ki, ABŞ-nin başqa üsulları yoxdur.

Ötən həftə keçmiş diplomat Emin İbrahimov Bakıda bıçaqla xəsarət yetirmək ittihamı ilə saxlanılıb. Emin İbrahimova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-cı (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Emin İbrahimov ona qarşı ittihamı rədd edib və “Mən diktatura rejiminin qurbanıyam” deyə bildirib.

Həmçinin, iyulun 24-də milliyyətcə talış olan İqbal Əbilov haqqında 4 aylıq həbs qərarı çıxarılıb. İqbal Əbilovə qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumatlara görə, İqbal Əbilov bu ittihamlarla razılaşmır, özünü təqsirli bilmir. O, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

İqbal Əbilov Latviyada qeydiyyatdan keçmiş Talış Milli Akademiyasının təsisçilərindən biridir.

Ana səhifəXəbərlərABŞ repressiyalara diplomatik üsulla münasibət göstərir