close

Azərbaycanda həbs olunan Rusiya vətəndaşları kimlərdir?

Saxlanılanlar, foto: DİN

Azərbaycanda narkotik qaçaqmalçılığı və kibercinayətkarlıqda şübhəli bilinən rusiyalıların kimliyi məlum olub

“Meduza” yazır ki, onlar 7 yox, 10 nəfərdirlər. Aralarında biznesmen, informasiya texnologiyaları mütəxəssisləri və turistlər də var.

Anton Draçev, 41 yaş. İT üzrə sahibkar. Draçevin həbsini anası təsdiqləyib. Draçov mütəmadi olaraq Azərbaycana gəlir. O, 2022-ci ilin sonundan 2023-cü ilin sentyabrına qədər Azərbaycana 10 dəfədən çox səfər edib.

Dmitri Bezuqlıy, 30 yaş. Sankt-Peterburqun ITMO Universitetinin məzunudur. “VK” və “Yandex”-də proqramçı işləyib. 2022-ci ilin sentyabrında Rusiyada səfərbərlik elan edildikdən sonra ölkəni tərk edib.

Sergey Sofronov, 23 yaş. Sofronovun həbsini yaxınları da təsdiqləyib. O, Çerepovetsdən olan proqramçıdır. 2022-ci ildə Rusiyadan əvvəlcə Qazaxıstana, sonra isə Azərbaycana gəlib.

Aleksandr Vaysero, 35 yaş. Yekaterinburq sakinidir. Onun həbs olunmasını jurnalistlərə nişanlısı və anası təsdiqləyib. Vaysero vebsayt tərtibatçısıdır və Azərbaycana Özbəkistandan olan dostu ilə birlikdə turist kimi gəlib. O, həbs olunmazdan əvvəl bir neçə həftə ölkədə olub.

Valeri Dulov, 38 yaş. Arxangelskdəndir. Yamalda neft mühəndisi işləyib. Dulov 2013-cü ildən “Qazpromneft”də tərtibatçı kimi çalışıb, sonra Sankt-Peterburqa köçüb. Təhlükəsizlik qüvvələrinə yaxın olan “Baza Telegram” kanalının məlumatına görə, Dulov 2022-ci ilin oktyabrında Rusiyadan Qazaxıstana gedib. Bildirilir ki, Dulov Bakıda işlə əlaqədar ezamiyyətdə imiş.

Aleksey Vasilçenko, 25 yaş. O, Sankt-Peterburqdandır, psixoloqdur və Valeri Dulovun dostudur. Vasilçenkonun qohumlarının dediyinə görə, o, Azərbaycana dostlarını ziyarət etmək üçün gəlib və Dulovun yanına gedib.

Dmitri Fedorov, 22 yaş. Onun saxlanmasını ögey atası təsdiqləyib. Fedorov Memarlıq və İnşaat Universitetində oxuyub. Digər məlumata görə, Fedorov kriptovalyuta investorudur. “Baza”nın sözlərinə görə, o, Bakıya bir neçə ay əvvəl gəlib.

İqor Zabolotskix, 40 yaş. İjevskdən olan İT sahibkarı, “ClickChat” xidmətinin yaradıcısıdır. Zabolotskixin həyat yoldaşı və anası onun Bakıda saxlandığını təsdiqləyib.

İlya Bezuqlıy, 26 yaş. Kalininqraddandır, proqramçıdır. Pskov Dövlət Universitetinin tibbi kibernetika ixtisası üzrə təhsil alıb. İlyanın anası bildirib ki, oğlu sevgilisi ilə dünya səyahətinə çıxıbmış, iyunun 8-də Vyetnamdan Bakıya gəlib və iyulun 1-nə keçən gecə saxlanılıb. Yuliya Bezuqlıy oğluna qarşı irəli sürülən ittihamların gülünc səsləndiyini bildirib.

İyunun 27-də Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda keçirdiyi əməliyyatda 2 azərbaycanlı ölüb, onlarla şəxs saxlanılıb.

Azərbaycan tərəfi ekpertizadan sonra açıqlayıb ki, həyatlarını itirən iki nəfər – Ziyəddin və Hüseyn Səfərovlar qardaşları xüsusi amansızlıqla qətlə yetiriliblər.

Hadisədən sonra, iyunun 30-da Azərbaycan Daxili İşlər Nazirliyi fəaliyyətinə bu ilin fevralında son verilmiş Rusiya dövlətinə məxsus “Rossiya Seqodnya” agentliyinin tərkibində olan “Sputnik Azərbaycan”da əməliyyat keçirərək, 7 nəfəri saxlayıb.

Həbs olunanlara qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) , 192.2.2-ci (Qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 192.2.3-cü (Qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri üzrə ittiham elan olunub.

Daha sonra isə Rusiya Bakıda saxlanılan rusiyalı jurnalistlərə görə, Azərbaycan isə Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyata görə bir-birinə qarşılıqlı nota veriblər.

Ana səhifəXəbərlərAzərbaycanda həbs olunan Rusiya vətəndaşları kimlərdir?