close

Həbsdə olan jurnalist Aysel Umudova kimdir?

Artıq 5-ci ay tamamlandı ki, Meydan TV-nin jurnalisti Aysel Umudovanın pişiyi Mia hər gün onun yolunu gözləyir. Pişiklərə bunu izah etmək çətin ola bilər, amma Umudovanın niyə həbs edildiyini Azərbaycanda hər insan yaxşı anlayır. Bəs Aysel Umudova kimdir?

Umudova Aysel 1 avqust 1992-ci ildə Bakıda anadan olub. 1998-ci ildən Atatürk liseyində orta təhsil alıb. Aysel daha sonra ali təhsilini də elə Türkiyənin Atatürk universitetində alırdı. 

Umudova 2014-cü ildə Bakı Jurnalistika Məktəbində kurs keçib, növbəti il Meydan TV-də fəaliyyətə başlayıb. 

Aysel həbsinə qədər dəfələrlə aksiyaları, seçki saxtakarlığını, yürüşləri işıqlandırarkən polislərin zorakılığına məruz qalıb. 2020-ci ilin iyun ayında Yasamal hadisələrinə etiraz edən solçu-aktivist Qiyas İbrahimin təknəfərlik aksiyası zamanı da kamera arxasında Aysel Umudova idi. 

O, 2020-ci ilin iyul ayında Milli Məclis qarşısındakı etirazları işıqlandıran azsaylı jurnalistlərdən biri idi. O da aksiya zamanı zorakılığa məruz qalmışdı. 

Umudova qaçqın yataqxanalarından, susuz, yolsuz, işıqsız kəndlərdən və qəsəbələrdən də reportajlar hazırlayıb təqdim edirdi. 

O, qadın haqları fəallarından da biri idi, jurnalist kimi də zorakılığa məruz qalmış qadınların səsinə çevrilirdi. 

Bu bəndləri yazdıqca anlamaq olur ki, Aysel Umudova Azərbaycanda “həbsdə olmaq üçün bütün şərtləri” artıqlaması ilə yerinə yetirib…

Ana səhifəVideoHəbsdə olan jurnalist Aysel Umudova kimdir?