Mükafat onların arasında bölünəcək
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb.
Mükafat “institutların necə formalaşdığını və onların rifaha necə təsir etdiyini araşdırdıqlarına” görə amerikalı alimlər Daron Acemoğlu, Saymon Conson və Ceyms Robinsona verilib.
11 milyon İsveç kronu (1,06 milyon dollar) məbləğində mükafat üç alim arasında bərabər bölünəcək.
Nobel Komitəsinin məlumatında qeyd olunur ki, hər üç alimin işi hər bir ölkənin rifahı üçün dövlət institutlarının əhəmiyyətini anlamağa kömək edir.
“Zəif qanunları və istismarçı institutları olan ölkələr iqtisadi artım və ya yaxşılığa doğru dəyişmir. Laureatların araşdırması bunun səbəbini anlamağa kömək edir. Ölkələr arasında gəlir səviyyələrində böyük fərqlərin azaldılması dövrümüzün ən böyük problemlərindən biridir. Laureatlar bu məqsədə çatmaqda dövlət qurumlarının vacibliyini nümayiş etdirdilər”, – İqtisadiyyat Elmləri üzrə Mükafat Komitəsinin sədri Yakob Svensson deyib.
İqtisadiyyat üzrə mükafat fiziologiya və tibb, fizika, kimya, ədəbiyyat və sülh üzrə Nobel mükafatlarından fərqli olaraq, Alfred Nobelin özü tərəfindən deyil, 1968-ci ildə İsveç Milli Bankı tərəfindən təsis edilib.
Mükafatlar dekabrın 10-da, Alfred Nobelin vəfat etdiyi gün təqdim olunacaq.
Mükafatın pul ekvivalenti – 11 milyon İsveç kronudur (1,06 milyon dollar).
Mükafatı alanlardan Daron Əcəmoğlu 1967-ci ildə İstanbulda anadan olub.
O, 1993-cü ildən bəri dünyanın nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnoloji Univesitetində (MTİ) çalışmağa başlayıb.
2000-ci ildə professor dərəcəsi alıb.
Həmin vaxtdan universitetin tətbiqi iqtisadiyyat fakültəsində dərs deyir.
Saymon Conson 1963-cü ildə Şeffild şəhərində anandan olub.
O, Britaniya-Amerika iqtisadçısı, Massaçusets Texnologiya İnstitutunun professorudur.
Ceyms A. Robinson 1960-cı ildə anandan olub.
O, iqtisadçı və siyasət tədqiqatçısıdır.
2015-ci ildən Harris İctimai Siyasət Məktəbində (Çikaqo Universiteti) professordur və əvvəllər Harvard Universitetində dərs deyib.