close

Jurnalist Şəmşad Ağa da həbs edildi

Şəmşad Ağa. Foto Meydan TV

Qərara əsasən, onun barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib

“Meydan TV işi” üzrə saxlanılan jurnalist Şəmşad Ağayev (Ağa) barəsində bu gün 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu barədə qərar Xətai Rayon Məhkəməsində verilib.

“arqument.az” saytının baş redaktoru, Meydan TV-nin əməkdaşı Şəmşad Ağa fevralın 5-də saxlanılmışdı.

Vəkili Şəhla Hümbətova bildirmişdi ki, Şəmşad Ağayev “MeydanTV işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.

Meydan TV-nin 6 əməkdaşı – Aynur Elgünəş, Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə (Deko) və Natiq Cavadlı, həmçinin Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov 2024-cü il dekabrın 6-da saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə ilə onların hər birinin barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir.

Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan edib.

Ana səhifəMeydan TV işiJurnalist Şəmşad Ağa da həbs edildi