close

Makron Cənubi Qafqazdakı gərginliyə görə Rusiyanı ittiham edib

Эмануель Макрон Источик: Alexandros Michailidis/Shutterstock

Fransa Prezidenti Moskvanı Bakının xeyrinə gərginliyi artırmaqda suçlayır

“Rusiya Ermənistan və Azərbaycanı son toqquşmalara məqsədyönlü təhrik edib”.

Fransa Prezidenti Emmanuel Makron oktyabrın 12-də verdiyi açıqlamada belə deyib.

Bu barədə “Reuters” məlumat yayıb.

Fransa Prezidenti Rusiyanı Qafqazda, həmçinin onun hüdudlarından kənarda sabitliyi pozmaqda və münaqişəsini qızışdırmaqda günahlandırıb.

İki keçmiş sovet ölkəsi olan Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında 2020-ci ilin sentyabrında silahlı toqquşma baş verib.

44 günlük sürən müharibədə hər iki tərəfdən 6 mindən çox insan həlak olub.

Müharibənin sonunda atəşkəs razılaşmasına gəlinsə də, zaman-zaman təmas xəttində atəşkəs pozulub. Sonuncu dəfə sentyabrda pozulan atəşkəs nəticəsində yüzlərlə insan həyatını itirib.

Sentyabrın 12-də “France 2” televiziyasına danışan Makron deyib ki, Moskva son aylarda Azərbaycanın xeyrinə gərginliyi artırıb.

“Son iki ildə sərhəddə baş verənlər… Guya sərhədə zəmanət vermək üçün orada 5 min rus əsgəri var, (amma) ruslar bir neçə əsr əvvələ aid olan bu münaqişədən istifadə edib, Azərbaycanın oyununu Türkiyənin şərikliyi ilə oynayıb və geri qayıdıblar”, – Makron bildirib.

Onun sözlərinə görə, Rusiya hazırda bir vaxtlar yaxın olduğu Ermənistanı zəiflətməklə məşğuldur:

“Görürsən nə baş verir? Bu, Rusiyanın sabitliyi pozmaq cəhdidir. O, Qafqazda iğtişaş yaratmaq istəyir. Sabitliyi pozmaq üçün əlindən gələni edir”.

Fransa, ABŞ və Rusiya ilə birlikdə Dağlıq Qarabağ üzrə vasitəçilik edən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun həmsədrləridir.

Keçən həftə Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının sədri Çarlz Mişellə görüşüb.

Yaranmış vəziyyəti qiymətləndirmək üçün Aİ-nin mülki missiyasının ölkə sərhədinə gəlməsini nəzərdə tutan saziş də imzalanıb.

Ana səhifəDünyaMakron Cənubi Qafqazdakı gərginliyə görə Rusiyanı ittiham edib