close

Nikol Paşinyan: “Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz”

Nikol Paşinyan. Foto: Meydan TV

Baş nazir hesab edir ki, ölkəsi başqalarından asılılığı azaltmağa çalışmalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin daha Rusiyaya arxalana bilməyəcəyini açıqlayıb.

Bu barədə Baş nazir “Politico” nəşrinə müsahibəsində söyləyib.

“Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz”, – Baş nazir deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynanı işğalı o deməkdir ki, Ermənistanın Azərbaycanla açıq münaqişəyə qayıtmaq qorxusu artsa da, daha öz təhlükəsizliyinin təminatçısı kimi Moskvaya arxalana bilməz.

Nikol Paşinyan hesab edir ki, Ukrayna savaşı Rusiyanın imkanlarını dəyişdi.

“Bundan sonra Moskva Azərbaycan və onun yaxın müttəfiqi Türkiyəni özündən uzaqlaşdırmaqdan qaçmaq istədiyini etiraf edib. Bizim strategiyamız isə bu vəziyyətdə başqalarından asılılığımızı maksimum dərəcədə azaltmağa çalışmaq olmalıdır”.

Biz müstəqil ölkəyə, suveren ölkəyə sahib olmaq istəyirik, lakin Qərblə Şərq, Şimal və Cənub arasında toqquşmaların mərkəzində qalmamaq üçün yollarımız olmalıdır… Ermənistan “proksi” ola bilməz. Bu, yolverilməzdir”,- bunu da Baş nazir deyib.

O, Rusiya sülhməramlılarının Qarabağda üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi qənaətində olduğunu vurğulayıb. Amma “hərçənd deyə bilmərəm ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda olmasaydı, indi vəziyyət daha yaxşı olardı”,-deyə davam edib.

Baş nazir Azərbaycanla onilliklər boyu davam edən münaqişədən sonra sülh sazişinin əldə edilməsi məqsədilə ABŞ, Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqları dəstəklədiyini bir daha bəyan edib:

“Əgər biz davamlı, əbədi dövlətçiliyə sahib olmaq istəyiriksə, ilk növbədə qonşularımızla münasibətlərimizi nizama salmaq üçün çox ciddi addımlar atmalı və çox ciddi səylər göstərməliyik”.

Köhnə müttəfiqi Rusiyaya inamının qırılmasının zəruriliyini etiraf etməklə eyni zamanda, Paşinyan onu da deyib ki, Qərb ölkələrinin Ermənistana ehtiyacı olan hərtərəfli dəstəyi təklif edən kimi görünməsi üçün hələ çox yol var:

“Tərəfdaşlarımız, Avropa İttifaqı və Birləşmiş Ştatlar da demokratik islahatlar gündəmə gəldikdə bizi dəstəkləyirlər. Ancaq mən deyə bilmərəm ki, aldığımız dəstək və yardım məqsədlərimizə yetmək üçün kifayətdir”.

Ana səhifəSiyasətNikol Paşinyan: “Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz”