close

Polşa gömrüyü alıcısı Azərbaycan şirkəti olan “Boeing” üçün təkər şinini saxlayıb

Foto: Ian Dewar Photography\shutterstock

Mallar Rusiyaya göndərilirmiş

Polşanın Milli Gəlir İdarəsinin (NRA)  bu gün yaydığı məlumata görə, Polşa gömrüyü Belarus vasitəsilə Rusiyaya gedən mülki Boeing təyyarələri üçün 5 tonluq təkər şini saxlayıb.

“Məmurlar Koroşində yük maşınına baxış zamanı sürücünün elan edilən avtomobil və avtobus şinləri əvəzinə Boeing mülki təyyarələrində istifadə edilən təkərləri daşıdığını aşkar ediblər”.

“Malların göndəricisi İspaniya şirkəti, alıcısı isə Azərbaycan şirkəti olub. Gömrük saxtakarlığı ilə bağlı cinayət işi başlanılıb. Sanksiyaya məruz qalmış mallar saxlanılıb”, – NRA bildirib.

Azərbaycan tərəfi yazılanlara hələlik rəsmi münasibət bildirməyib.

Koroşin Polşanın şərq sərhədində yerləşir və Belarusun Brest şəhəri ilə sərhəddir.

Qərbin Rusiyaya qarşı sanksiyaları 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra dəfələrlə sərtləşdirilib.

Mediada yayılan məlumatlara görə, məhdudiyyətlərə baxmayaraq, Moskva bəzən hərbi məqsədlər üçün kritik əhəmiyyətli mallar və texnologiyalar əldə etməyə davam edir.

Ana səhifəSiyasətPolşa gömrüyü alıcısı Azərbaycan şirkəti olan “Boeing” üçün təkər şinini saxlayıb