close

Prezidentin Cəlilabad səfərinin sərhədləri- Darılığa çatmayan inkişaf

“Çəksin də, qapısı var? Məktəbdi? İçərisinin nəyini çəksin, ot yığılıb. Gör nə qəşəng məktəbdir”, – kənd sakinləri istehza edir.

Güclə ayaqda qalan bu tikili Cəlilabadın Darlıq kəndinin vaxtilə məktəb binası olub. Kəndlilər vaxtilə öz hesablarına bu məktəbi tikdiklərini söyləyirlər. Ancaq məktəb uçulmağa başladıqca, kəndə gələn müəllimlərin ayağı kəsilib, oxuyub-yazanların sayı azalıb.

İndi kəndlilər bu tikilidən yalnız dərdlərini bölüşdükləri yer kimi istifadə edirlər.

“Neçə dəfələrlə müraciət etmişik, bəlkə gözəl prezidentimiz “Tik-tok”larda eşidər, baxar, görər. Gözəl prezidentimiz sərəncam versə, Birinci vitse-prezident Mehriban Əliyevadan öz kəndimizə kömək istəyirik”, – kənd sakini deyir.

“ Mən heç özüm məktəbə getməmişəm. Dördillik idi, dördüncü sinifə  qədər getmişəm. Vəssalam”, – kənd sakininin sözləridir.

Darlıq kəndi Cəlilabadda təpələrin üstündə yerləşir. Kəndə ancaq xüsusi maşınla getmək mümkündür. Nə yolu, nə qazı, nə də suyu olan bu kəndin əhalisi prezidentdən də, ailəsindən də razı olduğunu söyləyir. 

Kəndliləri narazı salan şey  prezidentin onlardan xəbər tutmamasıdır.”:

“Bircə, altı ay bundan qabaq icra hakimi gəlib. O da uzun müsibətdən sonra. Yenə gəldi də, sağ olsun. Biz onda məmur görmüşük. İraq olsun, birinin burada biriylə sözü olsun, əlli polis gələcək”.

İlham Əliyev prezident olduğu 20 il ərzində azı 9 dəfə Cəlilabadda olub. 7 dəfə Heydər Əliyevin abidəsini ziyarət edən prezident atasının adına park, mərkəz və seyrangahın açılışına da vaxt tapıb. Ölkə başçısının, əsasən marşrutu rayon mərkəzində yerləşən infrastruktur layihələrinin lentlərini kəsməklə məhdudlaşıb. Son dəfə 2023-cü ilin iyulunda rayona səfərində də Əliyev ənənəsinə sadiq qalıb. Prezidentin Cəlilabadda gedən inkişafla bağlı təəsüssüratları isə əsasən nikbin olub:

“ O ki qaldı infrastruktur layihələrinə, onların demək olar ki, hamısı icra edilib. İçməli su, elektrik, qazlaşma, kənd yolları, magistral yollar, sosial obyektlər,xəstəxana, diaqnostika mərkəzi, məktəblər, yəni bütün sosial kompleks yeniləşib”.

Cəlilabad Rayon İcra Hakimiyyətindən Darlıq kəndinin gələcəyi ilə bağlı suallara cavab almaq mümkün olmayıb. Hələlik isə prezidentin sadaladığı infrastruktur layihələrindən yalnız elektrik Darlıqda var. Onu da kənd sakinləri özləri çəkiblər.

“Ölkənin belə məktəbi olar? Belə yolu olar? Belə işıq “stolba”sı olar? İnkişaf etmiş ölkə sayılır Azərbaycan. Hanı onun inkişafı. Hanı qazı buranın? Qadınlar meşədən gedib qucağında, başında şələ gətirib təndir qalayır”, – kənd sakini deyir.

Ana səhifəVideoPrezidentin Cəlilabad səfərinin sərhədləri- Darılığa çatmayan inkişaf