close

Putin ABŞ-dan qaçan şəxsə Rusiya vətəndaşlığı verib

Edvard Snouden. Foto: Sorbis/shutterstock

Edvard Snoudeni 30 il həbs cəzası gözləyirmiş

Rusiya Prezidenti Vladimir Putin ABŞ xüsusi xidmət orqanlarının əməkdaşı kimi tanınan Edvard Snoudenə Rusiya vətəndaşlığı verib.

E.Snouden 1983-cü ildə ABŞ-da doğulub.

O, 2013-cü ildə “The Guardian” və “The Washington Post” jurnalistlərinə Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi məlumatlarını verib.

Həmin məlumatlarda bildirilir ki, sözügedən qurumlar vətəndaşları izləmək üçün xüsusi proqramlardan istifadə ediblər.

Məxfi məlumatları mediaya açıqladığına görə ABŞ-da 30 il həbs cəzası ilə təhlükəsi ilə üzləşən Edvard ölkədən qaçmaq qərarına gəlib.

E.Snouden əvvəlcə Honq-Konqa, sonra isə Rusiyaya gedib.

Bir aydan çox Şeremetyevo hava limanının tranzit zonasında qalan Snoudenə Rusiyada müvəqqəti sığınacaq verilib.

2020-ci ildə bu ölkədə qeyri-müəyyən yaşayış icazəsi alan Edvard Rusiya vətəndaşlığı üçün müraciət edib.

Ana səhifəDünyaPutin ABŞ-dan qaçan şəxsə Rusiya vətəndaşlığı verib