close

Putin Şoyquya müharibəyə aid filmlərlə bağlı tapşırıq verib

Foto: Reuters

Müharibə iştirakçıları haqqında filmlərin çəkilməsinə yardım ediləcək

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya sənədli film istehsalçılarına köməklik göstərilməsi ilə bağlı tapşırıq verib.

Bu barədə Kremlin rəsmi saytında məlumat yayılıb.

Putin hərbi əməliyyatlarda iştirak edənlərin filmlərə çəkilməsini tövsiyə edib və bildirib ki, buna görə film istehsalçılarına yardım edilməlidir.

Qeyd olunub ki, hesabat 2023-cü ilin mart ayına qədər təqdim edilməlidir. Həmçinin Rusiya Mədəniyyət Nazirliyinə 2023-cü ilin fevralınadək ölkədə vətənpərvərlik mövzusunda sənədli filmlər festivalının təşkili ilə bağlı təkliflər verilməsi tapşırılıb.

Rusiya 2022-cil il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ardınca Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Müharibə fonunda etiraz əlaməti olaraq bəzi rus sənətçiləri ölkəni tərk ediblər.

Həmçinin Avropada fəaliyyət göstərən sənətçilərə səhnyə çıxmaq qadağaları da tətbiq olunub.

Rusiya mühüm beynəlxalq mədəniyyət tədbirlərindən kənarlaşdırılıb.

Ana səhifəMədəniyyətPutin Şoyquya müharibəyə aid filmlərlə bağlı tapşırıq verib