close
>

“Qarabağ” Avropa Liqasında ilk qələbəsini qazanıb

Foto: Meydan TV

Fransa klubu Bakıda böyük hesabla uduzub

“Qarabağ” sentyabrın 15-də UEFA Avropa Liqasının qrup mərhələsində ikinci oyununu keçirib.

Bakıdaki Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “köhlən atlar” Fransanın “Nant” komandası ilə qarşılaşıb. Oyun “Qarabağ”ın böyük hesablı qələbəsi ilə başa çatıb.

3:0 hesablı qələbədən sonra Azərbaycan çempionu qrup mərhələsində 3 xalla ikinci pillədə yer alıb.

Oyun keçirilən zaman meydanda sülh mesajı verilib. Azarkeş qruplar isə “Vətən”, “Qarabağ” və “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndiriblər.

Qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda “Frayburq”la (Almaniya) qarşılaşıb. Bu matçda qonaqlar 3:0 hesablı qələbə qazanıblar.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcək.

Fan klubun bəzi üzvləri oyun başlarkən bir dəqiqəlik sükut ilə hərbi salam veriblər

Ana səhifəXəbərlər“Qarabağ” Avropa Liqasında ilk qələbəsini qazanıb