close

“Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirib

Foto: “Qarabağ”ın sosial media hesabı

Bu dəfə “Olimpiakos”u məğlub etmək mümkün olmayıb

“Qarabağ” klubu oktyabrın 13-də UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edib. Bir həftə əvvəl Yunanıstanda keçirilən oyunda Qurban Qurbanovun komandası Yunanıstan təmsilçisini böyük hesabla (3:0) məğlub etmişdi.

Bakıdakı oyunda qapılara qol vurulmayıb. “Qarabağ” bu oyundan sonra qrupda xallarının sayını 7-yə çatdırıb və ikinci pillədəki yerini qoruyub. Qrupun lideri 12 xalı olan Almaniya “Frayburq”udur.

Qrupun digər matçında “Frayburq” səfərdə Fransa “Nant”ının qonağı olub və 4:0 hesablı qələbə qazanıb.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu Fransada “Nant”a qarşı keçirəcək.

Ana səhifəXəbərlər“Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirib