close

Şimali Koreyanın Rusiyaya artilleriya mərmisi verdiyi iddia edilir

Mənbə: Reuters

Kirbi: “Şimali Koreya Yaxın Şərq və Şimali Afrika ölkələri vasitəsilə hərbi yüklərin daşınmasını gizlətməyə çalışır”

Şimali Koreyanın Rusiyaya gizli olaraq artilleriya mərmiləri tədarük etdiyi idda edilib.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.

Kirbi bildirib ki, Şimali Koreya Yaxın Şərq və Şimali Afrika ölkələri vasitəsilə hərbi yüklərin daşınmasını gizlətməyə çalışır.

“Koreya Xalq Demokratik Respublikası (KXDR) Ukraynadakı müharibədə Rusiyanı gizli şəkildə xeyli sayda artilleriya mərmisi ilə təmin edir. Eyni zamanda, silah tədarükünün əsl yerini gizlədir”, – Kirbi qeyd edib.

ABŞ kəşfiyyatı tərəfindən açıqlanan sənədlərdə Rusiyanın Şimali Koreyadan milyonlarla artilleriya mərmisi və raket aldığına dair məlumatlar qeyd olunub.

ABŞ hökumət rəsmiləri bildiriblər ki, Rusiyanın əvvəlcə İrana, indi isə Şimali Koreyaya üz tutması ABŞ və Avropanın sanksiyalarının, ixrac nəzarətinin Rusiya ordusunun təchizatına ziyan vurduğuna işarədir.

2022-ci il sentyabrın əvvəlində Ağ Ev Rusiyanın Pxenyandan artilleriya qurğuları və raket aldığını iddia etmişdi.

KXDR iddiaları rədd etmişdi.

Ana səhifəUncategorized @azŞimali Koreyanın Rusiyaya artilleriya mərmisi verdiyi iddia edilir