“Məktəblərdən 30-da çatışmazlıqlar daha ciddi hesab olunur”
Bakıda istilik problemləri olan məktəblərin sayı açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Orxan Kərimov ümumi təhsil müəssisələrinə payız-qış mövsümünə hazırlıqla bağlı təşkil edilən mediatur zamanı ümumtəhsil məktəblərinin 130-da müəyyən çatışmazlıqlar aşkarlandığını deyib.
O bildirib ki, məktəblərdən 30-da çatışmazlıqlar daha ciddi hesab olunur:
“Həmçinin, məktəbəqədər təhsil müəssisələrinin 190-da da müəyyən çatışmazlıqlar var. Bu istiqamətdə işlər görülür”.
BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Meydan TV-yə deyib ki, qurum, Elm və Təhsil Nazirliyinin Əsaslı Təmir Tikinti İdarəsi, “Azəriqaz”, “Azəristilik”lə birgə bu istiqamətdə işlərə başlayıb:
“Son iki aya yaxın müddətdir ki, aşkara çıxarılan məsələlərlə bağlı tədbirlər görülür. İşlərin noyabrın 15-də, istiliyin verildiyi dövrə qədər yekunlaşdırılması nəzərdə tutulur”.