close

Ursula fon der Leyen: “8 ayda Avropa İttifaqı Rusiya qazının üçdə ikisini əvəz edib”

Ursula fon der Leyen. Foto: Alexandros Michailidis/shutterstock

“Novaya qazeta. Baltiya”nın xəbəri

“Biz digər xarici qaz tədarükçülərinə keçidi xeyli sürətləndirmişik”

“2022-ci ilin fevralından Avropa İttifaqı ölkələri Rusiya qazından asılılığını əhəmiyyətli dərəcədə azaldıb”.

Bu sözləri Avropa Parlamentinin Strasburqda keçirilən iclasında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

“Yazda biz düşünürdük ki, Rusiya qazından imtina 7 il çəkəcək. Bu gün faktlar onu deyir ki, üçdə ikisini əvəz etmək üçün bizə cəmi səkkiz ay lazım oldu. Başqa sözlə, biz digər xarici qaz tədarükçülərinə keçidi xeyli sürətləndirmişik. Ancaq bu, bizə baha başa gəldi”, – deyə o bildirib.

Bir qədər əvvəl Avropa Komissiyası Avropada enerji böhranı ilə mübarizəyə yönəlmiş tədbirlər paketini təqdim edib. Aİ ölkələrinə qazı bir-biri ilə bölüşmək,

Avropanın ən böyük qaz birjası olan TTF-də isə müvəqqəti qiymət məhdudiyyətləri mexanizmini tətbiq etmək təklif olunur. Bundan başqa, Avropa ölkələrinə onların anbarların doldurulması planının ən azı 15%-i həcmində qazı birgə almağı tələb etmək təklif olunur.

Ana səhifəDünyaUrsula fon der Leyen: “8 ayda Avropa İttifaqı Rusiya qazının üçdə ikisini əvəz edib”