Qazax rayonunda yaşayan jurnalist Nicat Əmiraslanova bu gün, yanvarın 23-də 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir.
N.Əmiraslanovun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsini pozduğu iddiası ilə cəzalandırıldığı deyilir. Həmin maddədə söhbət polisin qanunu əmrinə tabe olmamaqdan gedir.
***
Qazaxda yaşayan jurnalist Nicat Əmiraslanov mayın 22-də axşam saatlarında saxlanılıb. Bu barədə onun yaxınları məlumat verib.
Hazırda Qazax rayon Polis Şöbəsində saxlanılan N.Əmiraslanovun mayın 23-də məhkəmə qarşısına çıxarılacağı bildirilir.
Yaxınları bildirib ki, o, polisə müqavimət göstərməkdə təqsirləndirilir.
Qazax rayon Polis Şöbəsindən Meydan TV-yə N.Əmiraslanovun saxlanıldığını təsdiqləsələr də, səbəbini deməyiblər.
N. Əmiraslanovun yaxınları onun saxlanma səbəbi kimi “Facebook” sosial şəbəkədəki paylaşımlarını göstərirlər.
N.Əmiraslanov müstəqil jurnalist kimi fəaliyyət göstərir.
Oxunub: 490