İran Tәhlükәsizlik Qәrәrgah İdarәsi Sәrhәd Qvardiyasının Komandiri general Qasım Rezai 2 iranlı әsgәrin ölümü, 7 әsgәrin yaralanması ilә nәticәlәnәn hücum qarşılıq verәcәklәrini bildirib.
PKK-nın İran qolu olan PJAK-ın hәyata keçirdiyi hücumda iranlı general Türkiyәni günahlandırıb vә bildirib ki, cavabdeh Türkiyәdir.
Qasım Rezai artıq ilkin addımların atıldığını bildirib. General qeyd edib ki, diplomatik yolla gedişatı da izlәyirik.
Qeyd edәk ki, uzun zamandır ki, PJAK İranda hücum hәyata keçirmәyib. Dünәn baş verәn hadisә uzun zamandan sonra ilkdir.
azadliq.info
Oxunub: 582