Mayın 28-də Azәrbaycan Xalq Cumhuriyyәtinin 99 illiyi münasibәti ilә Milli Şura, hәr il olduğu kimi, Mәhәmmәd Әmin Rәsulzadәnin Novxanıdakı abidәsi önündə bayram mitinqi keçirib. Minlərlə insan abidənin olduğu parka yürüşlə, Azərbaycan, Rəsulzadə, Azadlıq kimi şüarlar səsləndirə-səsləndirə gəlib.
Tәdbir Azәrbaycan dövlәt himni ilә açıq elan edilib. Tədbirin aparıcısı AXCP Gәnclәr Komitәsinin sәdri İlham Hüseyn olub.
Çıxış üçün ilk söz Milli Şuranın Koordinasiya Mәrkәzinin üzvü, istiqlalçı deputat İbrahim İbrahimliyә verilib. İbrahim İbrahimli Cümhurityyәtimizin tarixdә vә günümüzdәki önәmindәn danışıb, Azәrbaycanın ikinci dәfә müstәqilliyini qazanmasında әmәyi olan insanları xatırlayıb.
Ardınca Milli Şuranın Koordinasiya Mәrkәzinin üzvü Gültәkin Hacıbәyliyә söz verilib. Gültәkin Hacıbәyli Rəsulzadənin gәncliyә müraciәtini xatırladıb. O, hazırda ölkədə baş verənlərə toxunaraq, son həbslərə diqqət çəkib, AXCP sәdrinin müavini Gözәl Bayramlıya azadlıq tәlәb edib. Mitinqçilər Gözәl Bayramlıya azadlıq tәlәb edәrkәn işıqlar söndürülüb, mikrafon kəsilib. Yalnız iştirakçıların davamlı “İstefa” şüarlarından sonra işıqlar yandırılıb.
Tәdbirdә yekun çıxışı AXCP sәdri Әli Kәrimli edib. AXCP sәdri Cümhuriyyәtin bugünki müstәqilliyimizdәki payının önәminә toxunub. AXCP sәdri bildirib ki, әgәr 99 il öncә qurucu babalarımız istiqlaliyyәtimizi qazanmasaydılar, bu gün dә müstәqil Azәrbaycan olmayacaqdı. Örnәk olaraq Çeçenistan, Başqırdıstan, Dağıstan, Tatarıstanı göstәrәn Әli Kәrimli xalqımızın mütlәq öz hәqiqi hakimiyyәtini quracağına inandığını da qeyd edib.
İşıqlar AXCP sәdrinin çıxışı zamanı yenidәn kәsilib. Bu dәfә iştirakçıların daha uzun müddәtli istefa şüarlarından sonra elektrik bərpa olunub.
Tәdbir Koroğlu Uverturası ilә yekunlaşıb.
Hәmişә olduğu kimi, Milli Şura rәhbәrliyi tәdbirdәn sonra Mәhәmmәd Әmin Rәsulzadәnin ailәsinin dәfn edildiyi mәzarlığı ziyarәt edib.
Milli Şura Cumhuriyyət Gününü qeyd edir
Publicerat av Azadlıq Qəzeti den 28 maj 2017
Canlı yayım davam edir
Publicerat av Azadlıq Qəzeti den 28 maj 2017
Publicerat av Azadlıq Qəzeti den 28 maj 2017
Oxunub: 3496