Almaniya kansleri Angela Merkel NATO və G7 sammitlərinin nəticələrinə dair çıxışda bildirib ki, avropalılar daha çox öz güclərinə güvənməyi öyrənməlidir. “Başqalarına tam güvənə biləcəyimiz dövr sona çatıb. Mən bunu son bir neçə gündə hiss etdim, ona görə də deyə bilərəm ki, biz, avropalılar taleyimizi öz əlimizə almalıyıq. Əlbəttə, ABŞ və Böyük Britaniya ilə dostluq münasibətlərini və mümkün olduğu hallarda Rusiya və digər ölkələrlə mehriban qonşuluq siyasətini saxlamalıyıq. Ancaq başa düşməliyik ki, bir avropalı kimi öz gələcəyimiz uğrunda özümüz mübarizəyə qalxmalıyıq”, – deyə alman kansler mayın 28-də Münhendə deyib.
“Böyük yeddilik” sammiti bir sıra mühüm suallarla bağlı yeni ABŞ adminstrasiyası ilə konfrontasiya şəraitində keçdiyi üçün demək olar ki, sammit uğursuzluqla nəticələnib. Xüsusilə, dünya liderləri qlobal istiləşmə ilə mübarizə tədbirləri barədə razılığa gələ bilməyib, həmçinin gözləntilərin əksinə, Afrikadakı aclıqla mübarizədə də konkret tədbirlər razılaşdırılmayıb. G7 sammitinin görüşü öncəsi Tramp ultimatum formasında müttəfiq ölkələrdən müdafiə xərclərinin artırmalarını tələb edib.
İlkin
Oxunub: 396