Bu gün Yasamal rayon məhkəməsində “Azadliq” qəzetinə qarşı iddia ilə bağlı məhkəmə prosesi keçirilib. Ayaz Məmmədovun sədrliyi baş tutan prosesdə linqvistik ekspert rəyi vermiş Almaz Bayramova dindirilib.
“Azadliq” qəzetinin nümayəndəsi Səməd Rəhimlinin ekspertə ünvanladığı suallar əsasında məlum olub ki, izahlı lüğətdə “üzəduran” ifadəsi yoxdur. Buna yaxın olan “üzə dayanmaq” ifadəsi var , o da “şahid” anlamı verir. Ekspert “üzəduran” ifadəsində təhqir elementlətinin olması qənaətinə gəlməsini digər ədəbiyyatlardan istifadə etməklə və daxili inamı nəticəsində gəldiyini bildirsə də, bunu konkret şəkildə izah edə bilmədi. Növbəti sual isə həmin yazının mətnini oxumadan “Jurnalistin üzünə duran “bondotdel”rəisinin dostu imiş” ifadəsində təhqir olub-olmaması sualına isə ekspert birmənalı şəkildə yox cavabı verdi. Bu zaman hakim dindirilməyə müdaxilə etdi. Ekspertə yönləndirici suallar verərək onu fikrindən döndərməyə nail oldu.
Ekspertə verilən suallar yekunlaşdıqdan sonra məhkəmə tərəflərə çıxış üçün söz verdi. “Azadliq” qəzetinin nümayəndəsi cıxış üçün vaxt istədiyindən növbəti proses avqustun 21-də davam etdiriləcək.
Xatırladaq ki, Firkət Fərəməzoğlunun məhkəmə iclaslarının birindən azadliq.org saytına istinadla verilmiş “Jurnalistin üzünə duran “bondotdel” rəisinin dostu imiş” başlıqlı reportaj dərc edilib. Həmin məhkəmədə şahid kimi ifadə vermiş Şirin Abdullayev hesab edib ki, həmin ifadə onun şərəf və ləyaqətinə xələl gətirən ifadədir. Ona görə də qəzet tərəfindən 10 min manat təzminat ödənilməsi üçün məhkəməyə müraciət edib.
azadliq.info
Oxunub: 138