Sosial şəbəkələrdə bir xəbər yayılıb. Xəbəri öz səhifəsində paylaşan cəbhəçi fəal Məsud Rzalı onun məlumatlı mənbədən göndərildiyini yazıb. Xəbərdə deyilir ki, 1918-ci il hadisələri zamanı Qubada ermənilər tərəfindən həyata keçirilən qətliamın izini itirmək üçün açıq məzarlığın üstünü örtmək tapşırığı verilib.
“Deməli, Quba rayonunda yerləşən kütləvi soyqırım məzarlığını birbaşa Prezidentin göstərişi ilə torpağa gömmək istəyirlər. Bu dəqiq məlumatdır. Tarixçi alim Qəhrəman müəllimi də ikinci dəfədir, aparata çağırırlar ki, “göm getsin”. Xahiş edirəm, məsələni ictimailəşdirin, deyəsən bu da şərab içmə kampaniyasının başlanğıcıdır”.
Məlumatın təfərrüatlarını dəqiqləşdirmək üçün mövzunu diqqətdə saxlayacağıq.
Azadliq.info
Oxunub: 160