Şimali Koreya ABŞ ərazisi Quama qarşı 4 ballistik raketlə hücum planının yekunlaşdırıldığını bildirib.
Kommunist ölkəsi Hwasong-12 raketlərinin Yaponiya üzərindən 3 300 kilomertlik məsəfəni qət edərək Quama çatması planının həftə ərzində ölkə lideri Kim Conq Una təqdim ediləcəyini bəyan edib.
Quam adasında 163 min insan yaşayır. Burada ABŞ-ın həbri bazası yerləşir.
Şimali Koreynın məlumat agentliyi prezident Trampı nəzərdə tutaraq ağlını itirmiş biri ilə norma dialoq aparılmasının qeyri-mümkünlüyünü bildirib.
Xəbər agentlikləri Koreya Milli Ordusunun komandanı Kim Nak Kyyoma istinadən bildirir ki, plan avqustun ortalarında yekunlaşdırıldıqdan sonra əmri gözləyəcək.
Şimali Koreya raketləri Quama yönləndirsə, onlar ABŞ tərəfindən vurulub salına bilər. Belə ki, Amerikanın regiona 6 raketvuran gəmisi yerləşdirilib. Lakin 4 raket eyni zamanda buraxılsa, onların vurulması asan olmayacaq.
Yaponiya Quama qarşı hücumu ölkəsinə hədə kimi qiymətləndirir.
Oxunub: 236