Ermənistanın ikinci prezidenti Robert Koçaryan barəsində həbs qətiimkan tədbiri seçilib. Bu barədə Yerevan birinci instansiya məhkəməsi Xüsusi İstintaq Xidmətinin vəsatəti əsasında qərar çıxarıb. R.Koçaryan istintaq dövrü üçün 2 ay müddətinə azadlıqdan məhrum edilib.
R.Koçaryana qarşı 2008-ci il martın 1-dəki hadisələrə dair cinayət işi çərçivəsində ölkənin konstitusion quruluşunun devirməsi ittihamı irəli sürülüb.