Yaxud, rəsmi şəkildə üzəduranlıq
YAP hakimiyyətinin şər-böhtan üzərində bərqərar olduğu hamının bildiyi həqiqətdir. Amma həmişə çalışıblar ki, qanunsuz əməllərinə qanun donu geyindirsinlər. Birqayda olaraq bu “don”u geyindirə bilməyiblər. Çünki, belə bədheybət bədəndə qanun donu çox pis görünür.
Son başverənlər isə üzəduranlığın, şər- böhtanın rəsmi görüntüsüdü. Bildiyiniz kimi AXCP Nərimanov şöbəsinin sədri, Qarabağ qazisi Babək Həsənli, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəm və AXCP GK-nın Ali Məclisinin sədri Ruslan Nəsirli analoqsuz şərin qurbanı olub. Ölkədən milyardları oğurlayanlar, bu adamları ölkəyə pul daşımqda ittiham edirlər. Amma bu qədər rəzalət azmış kimi bu admaları ailələriylə görüşə də həsrət qoyublar. Açıq şəkildə bu adamlarla düşmənçilik edilir. Amma bu da azmış kimi rəsmi şəkildə “ağ yalan” istehsal edirlər. Belə k, Penitiensiar xidmətin rəsmi məktubunda göstərilir ki, Babək Həsənli həbs olunduğu dövrdən bugünə qədər bütün hüquqlarından istifadə edib, ailəsiylə görüşüb, telefonla əlaqə saxlayıb və.s
Bəli, şər komandası utanmadan Bəbək Həsənlinin qardaşına məktub göndəriblər ki, sizin Ombudsmana şikayətiniz əsassızdır. Bu qədər rəzalət, bu qədər utanmazlıq yalnız Azərbaycanda mümkündür. Çünki bu ölkədə pulu, vəzifəni özünə Allah edib, vətəndaşa düşmən kimi baxan bir rejim hakimiyyətdədi.
Onu da xatırladaq ki, Babək Həsənli ikinci dəfədir siyasi məhbus həyatı yaşayır. Erməniyə qucaq açan hakimiyyət, erməniyə güllə atan, vətən uğrunda döyüşən insanlara belə münasibət sərgiləyir.