Türkiyədə Dolların məzənnəsi görünməmiş bir sürətlə yüksəlməyə davam edir.
Dollar/Türk Lirəsi (TL) məzənnəsi dünən günə 5.30-un üzərində başlamışdı. Daha sonra Dollar/TL məzənnəsi 5.48-i aşaraq yeni rekordunu qırdı. Axşam saatlarında tarixi rekordunu yeniləyən Dollar/TL məzənnəsi gecə yüksəlişini davam etdirərək bu gün səhər 5,74 səviyyəsini görüb. Lirə son 24 saatda Dollar qarşısında 6%-dən çox ucuzlaşıb.
Bu gün səhər Bakı vaxtı ilə saat 08:40-da məzənnə 5.7401 səviyyəsində olub.
Keşiş Endryu Brunsonın həbsi və Vaşinqton rəhbərliyinin sanksiya qərarları səbəbilə Türkiyə və ABŞ arasında böhran başlayıb. Türkiyədən doqquz nəfərlik bir diplomatik heyət, Amerika və Türkiyə arasındakı gərginlikləri aradan qaldırmaq məqsədilə Vaşinqtonda danışıqlar aparıb.
ABŞ ilə danışıqlardan nəticə çıxmadığı bildirilir. Bu səbəbdən məzənndə yüksəliş davam edir. Danışıqların uğursuz keçdiyini və razılıq əldə olunmadığını yazan Amerikanın “Wall Street Journal” qəzeti, Tramp-ın komandasının Türkiyəyə yeni sanksiyalar tətbiq etməyə hazırlaşdığı məlumatını da verib.
Qeyd edək ki, son bir ildə Türk Lirəsinin Dollar qarşısında ucuzlaşması 57,91%-ə çatıb.