Avqustun 9-da vəfat edən keçmiş siyasi məhbus, AXCP üzvü Elnur Fərəcov avqustun 10-da Neftçala rayonunda dəfn edilib. Onun dəfnində AXCP sədri Əli Kərimli başda olmaqla partiyadaşları, rayonun demokratik ictimaiyyət təmsilçiləri və yaxınları iştirak edib.
***
AXCP üzvü Elnur Fərəcov xərçəng xəstəliyindən vəfat edib.
Bir müddət əvvəl o saxta ittihamla həbs olunmuşdu. Həbsxanada xərçəng xəstəliyi baş qaldırmasına baxmayaraq, sonralar bəlli olduğu kimi, yanlış diaqnozla müalicə olunmağı vəziyyətinin daha sürətlə pisləşməsinə səbəb olmuşdu. Yalnız bu yaxınlarda faktiki ümidsiz vəziyyətdə olduğu vaxtda həbsdən azad edilib.
Avqustun 9-da isə Elnur Fərəcov dünyadan köçüb.
Canlı yayın Nefçala
Publicerat av Azadlıq Qəzeti Fredag 10 augusti 2018