Redaksiyamıza olunan həyacanlı zəng… Vətəndaş intihar və yaşam arasında seçim qarşısında idi. Əməkdaşımız telefonda şikayətçini sakitləşdirib, dərhal onu dinləməyə yollanıb. Allahverdiyeva Aynurə 1993-çü ildən Ağdam şəhərindən köşkün düşdüyünü bildirib. 2004- cü ildə isə ailə həyatı qurub. Allahverdiyev Məhəmmədlə birgə nigahlarından 2005-ci il təvəllüdlü Hikmət adlı övladları dünyaya gəlib. 2007-ci ildən isə nigahları pozulub. Oğlu Allahverdiyev Hikmət anamiya xəstəliyindən əziyyət çəkir. Aynurə Allahverdiyevanın bildirdiyinə görə məhkəmə qərarı ilə 103 manat aliment, 100 manat isə xəstəlik müavinatı nəzərdə tutulsa da, nigah pozulandan bəri bir neçə dəfə 10-15 manat məbləğində aliment ödənilməsi istisna olmaqla heçnə ödənilmir. Hətta, cehiz əşyalarırının qaytarılmadığını da deyir. Dəfələrlə aidiyyatı qurumlara şikayətlər edib. Amma baxılması üçün yerli təşkilatlara göndərilib. Şikayətçi xanımın deməsinə görə Ağdam İcra Şöbəsinin icra məmuru Gülmalı Rzayev, İcra Hakimiyyətinin işçisi Qənimət Qasımov və sahə müvəkkili Fəttah Bağırov (hazırda təqaüdə çıxıb) hər üçü keçmiş həyat yoldaşı ilə qohum olduğu üçün onun barəsində qanunun tələbinə uyğun hərəkətlər görülmür.
Hazırda anası ilə birgə yaşamaq məcburiyyətindədir. Şərifzadə küçəsində, Texniiki Universitetin yataqxanasında bir otaqda 5 nəfər- anası, bacısı, birinci qrup əlil qardaşı, övladı ilə birlikdə yaşadığını bildirir. Hansı səbəbdənsə onların adı məcburi köçkünlər üçün nəzərdə tutulan ev siyahısına da salınmayıb.
Aidiyyatı qurumlardan məsələyə münasibət bildirməyi xahiş edirik. Telefon zəngini (onu da nəzərə alın ki, bəzi yerlər kəsilib) dinləməyi də tövsiyə edirik. Xatırladırıq ki, insan əsəb gərginliyindən hər hərəkətə əl ata bilər.
azadliq.info