Gülhanə tibb fakültəsində ağ önlük geymə törəni dərsə başladığımızdan bir neçə ay sonra oldu. Başqaları birinci siniflər üçün olan bu törəni sentyabrda dərs başlayarkən keçirir. Başbakan, bakanlar gələcəkdi sinfimizin qutlamasına. Analar, atalar, doğmalar gəlmişdi çox yandan. Atamın ölkədən çıxma yasağı olduğu üçün, planlasa da, gələ bilmədi. Qətiyyən duyğulanmaq, kövrəlmək də istəmədim, amma deyəsən bir azacıq istəyərdim onun yanımda olmağını.
Yatmadan öncə yurdun (yataqxananın) koridorunda qızlar soruşurdu:
– Sakina, baban (atan) geldi mi?
Gülümsəyib keçirdim, birdən ağlıma bir fikir gəldi:
– Dedem (babam) burada…
Niyə belə cavab verməyimə özüm də çaşdım. Amma səhər törənə çatmağım üçün çox tezdən oyanıb Anıtkabir”a getdim.
Bir çoxu general, albay uniforması geymiş hocalarım da orada idi. Ziyeret etidm. Dedem ( bizim deyimcə babam) burada – dedim.
Biz ana-atalarımızdan öncə çağdaşlığın, elmin, mədəniyyətin, bunları insanlığa yaxın gətirənlərin övladıyıq deyib bir az da pafoslu sözlərlə özümü ovundurdum. Amma nə deyirsiniz, deyin, çox mutlu oldum. Törənə döndüm.
Həmin gün həyatımı güldürən bir olay yaşadım.
GATA yerləşkəsi çox böyükdür, bir neçə yerdən çıxışı var. Bir tərəf sakit və gözəl Basın caddəsinə açılır (Mətbuat prospektinə sanki). Buranın adı da çox xoşdur mənə, atamın, onun dostlarının işinə bağlıdır.
Törəndən sonra Basın caddəsi tərəfə çıxdım, sokaklarda gəzərkən gözlərimə inanmadım.
Yazı sokağı – varmış burada.
Axtarışa çıxdım. Nələr tapdım?
Gazeteciler sokağı.
Söylev sokağı.
Dergi sokağı.
Yayın sokağı.
Mürettip sokağı.
Matbacılar sokağı.
Sevinə-sevinə sokaklarda yürüdüm. Sonra da özüm özümə dedim:
– Səkinə, bir xəzinə tapdın burada.