Bloger Mehman Hüseynovun vaxtndan əvvəl azadlığa buraıxlması ilə bağlı müraciətinə avqustun 24-də saat 15-də Qarabağ rayon Məhkəməsinin hakimi Rəşad Məmmədovun sədrliyi ilə 14 saylı Cəzaçəkmə Müəssisəsində baxılacaq.
Bu barədə Amerikanın Səsinə vəkil Şəhla Hümbətova bildirib.
Vəkil ümud edir ki, məhkəmə blogeri azadlığa buraxa bilər.
“Çünki Mehman Hüseynovun həbs müddətinin başa çatmasına az qalıb, hamı onun günahsız olduğunu bilir, anası bu yaxınlarda vəfat edib. Bu səbəblərə görə azad edilə bilməsinə inanmaq istəyirəm”, Hümbətova Amerikanın Səsinə qeyd edib.
M.Hüsenov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkməsinin qərarı ilə polisə böhtan atma ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib.
Buna səbəb i2017-ci ilin yanvarnda M.Hüseynovun Nəsimi Rayon Polis İdarəsində saxlanılması olub. O, məhkəmənin qərarı ilə 200 manat cərimə edilərək sərbəst buraıxlıb. Məhkəmədən sonra M.Hüseynov polis idarsində işgncələrə məruz qalması haqda açıqlama verib. Bundan sonra adı çəkilən cinayət işinə başlanıb.
Avqust ayının 6-da isə M.Hüseynovun anası Firəngiz Hüseynova vəfat edib, bununla əlaqədar M.Hüseynov anasının dəfnində iştirak üçün qısa müddətə azadlığa buraxılıb.