Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp iyulda Helsinkidə keçirilən sammitdə, əsasən, Suriyadakı böhranı və regional münaqişədə İranın rolunu müzakirə ediblər.
Bu barədə “Bloomberg” ABŞ Administrasiyasındakı mənbəyinə istinadən məlumat verib.
Mənbənin bildirdiyinə görə, ABŞ və Rusiya liderləri İran məsələsində razılığa gəliblər. O cümlədən Tramp və Putin İran hərbçilərinin Suriyanı tərk etməli olmasına dair razılıq əldə ediblər. Bununla belə, Rusiya lideri İranı bölgədən çıxarmağın çox çətin olacağına dair xəbərdarlıq edib.
Qeyd olunur ki, dövlət başçıları həmçinin İŞİD terror qruplaşmasına qarşı kampaniyanı, Yaxın Şərqdəki mübahisəli ərazilər – Qolan təpələri ilə bağlı vəziyyəti və Suriyadakı humanitar vəziyyəti müzakirə ediblər.