Dünyanın 3-cü ən güclü şahmatçısı olan Şəhriyar Məmmədyarov ABŞ-da keçirilən turnirdə növbəti oyununu dünya çempionu Maqnus Karlsenlə keçirib.
Bu oyundan sonra Şəhriyar özünün fb profilində sponsorsuz qalmasından yazıb.
Belə nəticəyə gəlmək olar ki, hakimiyyətə yaltaqlanmadığından o sponsorsuz qalıb.Başqa hansısa ağlabatan səbəb tapmaq mümkün deyil.Azərbaycan hakimiyyəti məşhurlardan istifadə edə bilmədikdə onları belə cəzalandırır.
«Maqnus Karlsenlə 5 saatdan çox oynadım və açığı çox çətin mübarizə oldu. Debütdən böyük üstünlüyüm var idi. Sonra bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Qərara gəldim ki, bundan sonra 40-45 günlük turnirlərə son qoyacam. Gərək az oynayıb, özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq əlbəttə ki, biabırçılıqdır. Bir jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım ki, pul deyim. Deyə bilmədim, çünki mənim kimi peşəkar şahmatçının sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm. Burdakı bütün idmançıların sponsoru var. Sabah (bu gün, avqustun 27-də-R) yenə də oyunum var və gərək hazırlaşım. Arada düşünürəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, bir sponsor tapılmır? Azərbaycana sevgim sonsuzdur. Amma heyf ki, gücüm sonsuz deyil. Bir gün mən – Şəhriyar Məmmədyarov olmayacam. Onda isə bu söhbətlər mənasız olacaq».