Bu gün Ali Məhkəmədə Azadliq qəzetinin bölgə müxbiri Elçin İsmayıllının kasasiya şikayətinə baxılmalı idi. Hakim Imran Hacıqayıbovun sədrliyi ilə keçən proses təxirə salınıb. Vəkil Elçin Sadıqov rayonların birində yaş mərasimində olduğundan məhkəmədə iştirak edə bilməməsi barədə məlumat göndərib. Hakim vəsatəti təmin edərək məhkəmə iclasını oktyabrın 9-na keçirib.