“Poseydon Oqtay”-ın Xəzəri necə ram edir?
İkicə gün əvvəl Parlamentdə çox maraqlı hadisə baş verdi. Milli Məclisin deputatı Fazil Mustafa Xəzərin sahilində qanunsuz tikililər haqda danışanda bildirib ki, dənizin yanında tikilmiş villalar dövlətə təhvil verilməlidir.
Bununla bağlı deputat deyib: “Xəzərin hasarlanmasına gəldikdə isə, əslində bunlar ayrılıqda müdafiə səngərlərinə, yaxud da hansısa sunamidən qorunma vasitələrinə bənzəyən bir görüntü verir. Xəzərdə sunami ehtimalı olmadığından, görünür bu hasarlar və içindəki villalar daha çox Xəzərdən gələ biləcək mümkün xarici təhlükənin qarşısını almaq üçün vətənpərvərlik duyğuları ilə tikilib, o halda müraciət etmək lazımdır ki, həmin tikililərin hamısının sahibləri könüllü şəkildə bu yerləri Sərhəd Qoşunlarının balansına versinlər və ölkəmizin müdafiə qabiliyyəti daha da güclənsin”.
Ən maraqlısı budur ki, Xəzərin sahilində ən böyük dəbdəbəli villa Milli Məclisin sədri Oqtay Əsədova məxsusdur. Villa düz sərhəd qoşunları hərbi hissəsinin yanında yerləşir. Spikerin villası ilə müqayisədə Sərhəd qoşunlarının hərbi hissəsi balaca bir tövləyə bənzəyir. 10 hektar ərazidə yerləşən möhtəşəm villasinin yarım kilometr özəl plaji var. Villa hər tərəfdən hündür divarla əhatələnmişdi. Spiker Oqtay Əsədov, dəbdəbəni çox sevir. Bahalı maşınlara isə xüsusi sevgisi vardı. Villasının həyəti bahalı avtosalona oxşayır. Maşınlarla yanaşı “Şahənşah” Əsədovun yaxtalar üçün anqarı var.
Burada Milli Məclisin Sədri Oqtay Əsədov ailəsi üçün dəbdəbəli qonaqlıqlar keçirdir və yüksək çinli məmurları, habelə deputatları öz məclislərə dəvət edir. “Poseydon” Oqtayın bu dəniz bağında Eldar Mahmudov, Heydər Babayev, Çinqiz Əsədullayev və diqər məmurlar cox dincəlib, çox məclislər qurublar.
Balaca Heydərin hədiyyəsini “xodlamaq” lazımdır
Məsələn, belə ağır Məclislərin birində Spiker Əsədov deputatın birinə tövsiyyə edib ki, Tennis akademiyasının idman zalına getsin, ona görə ki, sözügedən idman komleksi “balaca Heydərə Oqtay Əsədovun hədiyyəsidir” və “obyekti xoda salmaq lazımdır”. Deputat məcbur oldu və Tennis akademiyasının abonementini aldı.
Məmur və deputatların Əsədovun özəl çimərliyində dincəlməyi Milli Məclisdə bir felyeton, bir komediya kimi müzakirə olunur. Ümumiyyətlə, son zamanlarda Milli Məclisin deputatlarının tez-tez övladları üçün təşkil etdikləri dəbdəbəli, bahalı tədbirlər gündəmə gəlməsi adi hala çevrilib.
Əlbəttə, söhbət təkcə Oqtay Əsədovun öz övladlarina və onların dostlarına özəl dəniz villasında dəbdəbəli yeyib-içmək tədbirləri düzəltməsindən getmir. Dəbdəbə həvəskarı olan başqa deputatlar var. Onlar Spiker Əsədova baxıb onun kimi həyat yaşamaq istəyirlər.
Onlar da bahalı tədbirlərin, bahalı avtomobil almağın, nəhəng malikanələr tikdirməyin, xarici ölkələrdə milyonlarla dollar dəyərində mülk sahibi olmağın yollarını yaxşı bilirlər.
Oqtay Əsədovun villasına od qoya bilərlər!
Əsədovun öz villasında Milli Məclisin təsərrufat xidmətinin işçilərini işlətməsi isə parlament kulislərinin sevimli müzakirələrindən biridir. Yeri gəlmişkən, spikerin Türkan villasında təşkil etdiyi tədbirlərin hay-küyü, nizamsız qrafiki Türkan-Hövsan əhalisinə də həm ciddi problem yaradır, həm də çox böyük sayğısızlıqla müşahidə olunur. Bu qəsəbələrdə gəzən söhbətlərin ruhundan anlamaq çətin deyil ki, günün, daha doğrusu, gecələrin birində əhali “Poseydon”un bu ziyafətlərindən birinə basqın edə bilər. Elə, qonuşuqdakı əsgərlər də az deyinmirlər…
Kənd camaatının narazılığına da məhz Spikerin sülaləsinin davranışı səbəb olub. Bu il bir necə ailə Əsədovun villası qarşısına yığışaraq Spikerə etiraz edib. Əraziyə spikerin mühafizə xidmətin rəisi gəlib və camaatı sakitləşdirib. Bu məsələni, spiker gizlətməyi çalışıb, lakin Bakı balaca şəhərdir burada nəyisə gizlətmək çətindir.
Milli Məclisin “Poseydonu” Oqtay Əsədovun bahalı bağları, mülk və bağlarına görə bəlkə Milli Məclis buraxıldı və növbədənkanar seçkilər təyin olunması ehtimalı var. türkanlılar inamla deyirlər ki, 15 ildir parlamentin sədri olan Oqtay Əsədovun anlaqlıq səviyyəsi hələ də, “kanalizasiya və vodoprovod” şüuru ilə müəyyənləşir və adam ölkənin siyasi rəhbərlərindən biri olduğunu anlaya bilməyib…
Amma bəlkə də, cənab Əsədov elə buna arxayındır ki, indiki rejim siyasiləşə bilməyən kadrlara üstünlük verir və nə qədərki özünün “vodoprovod” kimi aparır, deməli, onu Parlament sədri kimi saxlayacaqlar…
Hövsan-Türkan özəl plaj kompleksin təsviri 10 Hektar
- Yay evi
- Qış evi
- Qonaq evi
- Ekzotik quşlar
- Helikopter dayanacağı
- Dəniz içi damba
- Yaxta anqarı və SPA
- Damba
- Damba
- Dənizdə massaj yeri