“Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş 34 şikayəti araşdırmağa başlayıb. Şikayətlər əsasən, Vətəndaş C əmiyyəti qurumlarının, fəallarının bank hesablarının dondurulması, mülkiyyət, ədalətli məhkəmə, şəxsi həyat bilgilərinin qorunması və s. hüquqların pozuntusundandır”. Bunu Facebook səhifəsində vəkil Xalid Ağəliyev yazıb.
“Araşdırılan şikayətlər arasında iki jurnalistin işi var. “xeber44.com” saytının həbsdəki redaktoru Araz Quliyevin işi araşdırılır. Yeri gəlmişkən, özüm göndərmişdim o şikayəti. Digər iş “Azadlıq” qəzetinin direktoru Azər Əhmədovun şikayətidir. O, telefon danışıqlarının dinlənilməsindən şikayət edib.
Bank hesablarının qanunsuz dondurulması mübahisələndirilən 20-dək şikayət də araşdırlmaga başlanıb. Şikayətçi hüquqi şəxslər “Azad İqtisadiyyata Yardım, Neftçilərin Hüquqlarını Müdafiə, Hüquq Maarifçiliyi Cəmiyyəti, Azərbaycan Hüquqşunaslar Assosiasiyası, Demokratiya və İnsan Haqları, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və Qafqaz Media Araşdırmaları ictimai birlikləridir.
Qubad İbadoğlu, Mirvari Qəhrəmanlı, Zöhrab Ismayil, Elçin Abdullayev, İntiqam Əliyev, Ənnağı Hacibəyli, Rəsul Cəfərov, Gülnarə Bağırova, Aynur İmranova, Emin Huseynov da bank hesablarına həbs qoyulmasından AİHM-ə şikayət ediblər. Həmin işlərin də araşdırlasına başlanılıb.
Kommunikasiyası başlayan şikayətlərin bir hissəsi müxalif siyasi partiyalarla bağlıdır. Azərbaycan Xalq Cəbhəsi Partiyası və digər müxalif birliklərin üzvü kimi göstərilən İlqar Məmmədov, Amil Məmmədzadə, İslam Həsənov, Samir Həsənov, Vasif Müzəffərov inzibati qaydada cəzalandırılmalarından AİHM-ə şikayət ediblər.
Şikayətçilərdən İxtiyar Şirin hərəkət azadlığının məhdudlaşdırılmasından, Arif Hacıyev ədalətli məhkəmə araşdırması hüququnun pozulmasından, Sirac Kərimli isə məhkəmədə metal qəfəsdə saxlanılmasından şikayət edib.
Araşdırlan 5 şikayətdə isə mülkiyyət hüquqlarının pozulduğu iddia edilir. İddiaçılar “Inşaatçi” kooperativi, Zöhrab İsmayılov, Rüstəm İbrahimbəyov, Lalə Əfəndiyeva, Şöhrət İbrahimbəyovadır.
Müraciəti araşdırlan 34-cü şikayətçi Lidiya Pavlovna Gabeldir. Bildiyim qədər, o, alman əsiullidir. Rus kimi göstərildiyi bilgilərin dəyişdirilməsini istəyib, biz də “olmaz” demişik, o da gedib Avropada ədalət axtarmaga.
AİHM şikayətlərlə bağlı hökumətə araşdırıcı suallar göndərib”.
azadliq.info