Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Stefan Schennach AzadlıqRadiosuna deyib ki, o, prezident İlham Əliyevlə üzbəüz görüşündə də Mehmanla bağlı söhbət etmişdi:
“Mehman işgəncəyə məruz qalıb. Ona qarşı cinayət törədilməsinə cəhd edilib. Ona qarşı işgəncə, 70-80-ci illərdə Cənubi Amerikada hərbi rejimlərdəki işgəncəyə bənzəyir. Mən prezident İlham Əliyevə, daxili işlər nazirinə və ədliyyə nazirinə dedim ki, Mehman Hüseynov Avropa Şurası həmməruzəçilərinin mühafizəsi altındadır. Amma bunu onlara deyən kimi Mehmana qarşı defamasiya ittihamı ilə cinayət işi açdılar. Bu, qəbuledilməzdir. Ölkəni tənqid etmək tənqiddir, defamasiya deyil”.
Stefan Schennach deyir ki, iqtisadi çətinliklərə görə, Əliyev rejimi öz simasını itirib və normal dövlətlərdə demokratiya adlanan hər şeyə qarşı daha ciddi, daha kəskin vuruşur. Həmməruzəçi bildirir ki, indiki halda həm onlar, həm də digər ictimaiyyət nümayəndələri durumu dəyişmək üçün durmadan öz etirazını bildirməlidir.