Doyunca güldük. Amma gülməli olan Sofiya deyil, işanların xeyri üçün yaradılan robotu özünün anti-insani siyasətinə ələt etmək istəyənlərdir. İlham Əliyevin şanlı iqtidarı nəyi bu məqsədə alət etmədi ki? Mədəniyyəti, idmanı, elmi, təhsili, statistikanı, xeyirxahlığı, dini, multikulturalizmi, nə gəldisə… Hələ “kimləri alət etmədi ki…” demirəm.
Baxarsan ki, bunlar gələn il dünyanın ən bahalı robot oyunlarını da keçirər – inanmayan varmı buna? (Belə oyunlar da var, tərslikdən).
Qayıdaq robotlara.
Mən robotları çox sevirəm. Robot sözünün mənşəyi “rabota” – “işləmək” sözündən gəlir – bir çex yazıçısının əsərindən başlayaraq. Robotları da təkcə Sofiya kimi qadın olaraq təsəvvür etməyək. Onlar hər yanda insanlara yardım üçün düzəldilir. İnsanın özünün eləyə bilmədiyi işlərdən tutmuş əyləncə və rahatlıq gətirən sadə işlərə qədər. Bildiyimiz maşınlardır, sadəcə ağıllı olmağı ilə insanı xatırladır, amma bəlkə ən faydalı robotların insana heç oxşarlığı yoxdur.
Elələri var düz-əməlli maddi də deyil. Məsələn, Siri, Google assistant.
Robotlar ən mürəkkəb sənaye, elm, tibb işlərini görür. Ən təhlükəli işlərdə insanı əvəz edir. Ən ağır işlərdə insan kimi çalışır.
Mən də ürəkdən güldüm Sofiyanın pambıq yığmağa göndəriləcəyi ilə bağlı atmacaları oxuyanda. Amma keşkə bizim hökumət pambıq yığmağı həyata keçirən normal maşınlar alaydı, o maşınların adına Sofiya da deyərdik, Sevda da.
Amma bunlar sahəni dərmanlayanda adamları zəhərləyirsə, kosmosa peyk buraxmaq, intellektual insanabənzərləri (androidləri) səhnəyə çıxarmaq bunların harasına yaraşır?
Elə xərc baxımdan da, bacarıq baxımından da!
Hər şey bir yana, universitetlərində pulla imtahan yazılan ölkə də robota pul xərcləyərmi?
Dostlar, hamının hər zaman rast gəldiyi robotları deyəcəyəm – liftləri. Bir müddət lift idarəsinin rəisinin övladına təşkil etdiyi toydan yazdılar – oğurluq ibtidai vəhşilik səviyyəsindədir məmurlar arasında. Robot, elm, yenilik, tərəqqi hara, bizim bədbəxt həyatımız hara? Liftimiz də həyatımıza təhlükədir.
Və burada da robotların bir günahı yoxdur, onlar gülüşə yox, sevgiyə layiqdir.
Aşağıdakı rəqəmlər yığımına baxın:
4 85650 78965 73978 29309 84189 46942 86137 70744 20873 51357 92401 96520 73668 69851 34010 47237 44696 87974 39926 11751 09737 77701 02744 75280 49058 83138 40375 49709 98790 96539 55227 01171 21570 25974 66699 32402 26834 59661 96060 34851 74249 77358 46851 88556 74570 25712 54749 99648 21941 84655 71008 41190 86259 71694 79707 99152 00486 67099 75923 59606 13207 25973 79799 36188 60631 69144 73588 30024 53369 72781 81391 47979 55513 39994 93948 82899 84691 78361 00182 59789 01031 60196 18350 34344 89568 70538 45208 53804 58424 15654 82488 93338 04747 58711 28339 59896 85223 25446 08408 97111 97712 76941 20795 86244 05471 61321 00500 64598 20176 96177 18094 78113 62200 27234 48272 24932 32595 47234 68800 29277 76497 90614 81298 40428 34572 01463 48968 54716 90823 54737 83566 19721 86224 96943 16227 16663 93905 54302 41564 73292 48552 48991 22573 94665 48627 14048 21171 38124 38821 77176 02984 12552 44647 44505 58346 28144 88335 63190 27253 19590 43928 38737 64073 91689 12579 24055 01562 08897 87163 37599 91078 87084 90815 90975 48019 28576 84519 88596 30532 38234 90558 09203 29996 03234 47114 07760 19847 16353 11617 13078 57608 48622 36370 28357 01049 61259 56818 46785 96533 31007 70179 91614 67447 25492 72833 48691 60006 47585 91746 27812 12690 07351 83092 41530 10630 28932 95665 84366 20008 00476 77896 79843 82090 79761 98594 93646 30938 05863 36721 46969 59750 27968 77120 57249 96666 98056 14533 82074 12031 59337 70309 94915 27469 18356 59376 21022 20068 12679 82734 45760 93802 03044 79122 77498 09179 55938 38712 10005 88766 68925 84487 00470 77255 24970 60444 65212 71304 04321 18261 01035 91186 47666 29638 58495 08744 84973 73476 86142 08805 29443.
Heç nə anlatmır.
Bu, bir neçə iləcən illeqal sadə ədədlərdən biri idi. Uzun müddət DVD və digər media daşıyıcılarındakı məlumatların köçürülməsinin qarşısını almaq üçün istifadə edilirdi. Müəllif hüququnun qorunması üçün. Belə böyük ədədlər riyazi robotların köməyi ilə tapılır. İnsan bir çox riyazi məsələləri də maşınlarsız həll edə bilmir.
Biz bu ölkədə insan yerinə qoyulmayanda, nə bilim, məktəblərimizdə süpürgəpulu yığılanda, pambıqla zəhərlənəndə, elə ölkələr var ki, Machine learning məhsullarından misilsiz fayda götürür, mürəkkəb işləri dəqiqliklə həyata keçirən sistemlər çalışdırır. Bu, təkcə süni neyro-sistemlər deyil, maşınlar bəzən tibbi əməliyyatı da insandan yaxşı həyata keçirir.
Sözün qısası, bizi idarə edənlər bizi insan yerinə qoymur, biz də onların hər işinə gülə bilərik, amma ürəyimizin dərinliyində insan olmayan Sofiyaya sevgimiz qalmalıdır. Biz bilməliyik ki, əsl insanların bizə vurduğu yaralara görə bu insanabənzər “varlıqların” heç bir məsuliyyəti yoxdur.
Onlar insana sevgidən yaranıblar.