Avropa Parlamenti Mehman Hüseynovla bağlı məsələni müzakirə edəcək. Müzakirə yanvarın 17-nə təyin olunub. Müzakirənin yekununda bu məsələylə bağlı Azərbaycan üzrə xüsusi qətnamə qəbul edilməlidir. Bu barədə məlumatı Almaniyanadan Avropa Parlamentinin deputatı olan Rebekka Harms özünün tvitter bloqunda paylaşıb.